Moldovada pilotsuz uçuş aparatının aşkarlanması təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

Metbuat.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.

Kişineu istiqamətində hərəkət edən “Shahed” tipli PUA-nın qeydə alınmasından sonra ölkənin hava məkanından istifadə müvəqqəti olaraq məhdudlaşdırılıb.

Məlumata görə, pilotsuz uçuş aparatı ölkənin cənubundan paytaxt Kişineunun Botanika sektoru istiqamətində hərəkət edib.

Hadisə ilə əlaqədar yerli vaxtla saat 16:27-də Moldova hava məkanının istifadəsinə məhdudiyyət tətbiq edilməsi barədə qərar qəbul olunub.

Nazirlik bildirib ki, Hava Əməliyyatları Mərkəzi aidiyyəti qurumlar və tərəfdaşlarla koordinasiyalı şəkildə hava məkanına nəzarəti davam etdirir.