“Real Madrid” PSJ-nin Arda Güləri transfer etmək istəyinə razılıq verməyib.
Metbuat.az-ın məlumatına görə, Madrid klubu 21 yaşlı türkiyəli futbolçunu satmaq niyyətində deyil və onunla müqaviləni 2035-ci ilədək uzatmağı planlaşdırır. “El Gol Digital” nəşrinin xəbərinə görə, yeni müqavilədə 800 milyon avro məbləğində sərbəstqalma bəndi nəzərdə tutulub. Bildirilir ki, Arda Güler də karyerasını “Santyaqo Bernabeu”da davam etdirmək istədiyini ifadə edib. Baş məşqçi Joze Mourinyo da gənc futbolçunu komandanın gələcəyi baxımından toxunulmaz hesab edir. Məlumata görə, PSJ Arda üçün təxminən 115 milyon avro təklif irəli sürüb. Bundan əvvəl Səudiyyə Ərəbistanından gələn 80 milyon avroluq təklif də Madrid klubu tərəfindən rədd edilib. PSJ-nin futbolçuya illik 8 milyon avroluq maaş təklifindən təxminən üç dəfə artıq məbləğ vəd etdiyi iddia edilib.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”in heyətində 14 oyunda 854 dəqiqə meydanda olub, 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.