Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Fətullah Həsənov küçəsində qeydə alınıb.
"VAZ-2107" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan üç nəfər - sürücü, 2008-ci il təvəllüdlü Turqut Bayramov, həmçinin sərnişinlər Fuad Rüstəmov (2008) və Nail Mustafayev (1969) xəsarət alıblar. Onlar şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.