“Real Madrid” Arda Gülərlə müqavilənin müddətinin 2032-ci ilədək artırıldığını rəsmən açıqlayıb.
Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi də sosial media hesabında paylaşım edərək klubda uzun illər qalmaqdan məmnun olduğunu bildirib. O, dünyanın ən böyük klubunun formasını uzun müddət geyinmək, yeni kuboklar qazanmaq və klubun tarixinə öz imzasını atmaq istədiyini vurğulayıb. Arda, paylaşımında klub rəhbərliyinə, ailəsinə, komanda yoldaşlarına, məşqçilərinə və azarkeşlərə təşəkkür edib. Futbolçunun paylaşımına Vinisius Junior və Brahim Dias kimi komanda yoldaşları da təbrik mesajları yazıblar. Lakin Kilian Mbappenin şərhi xüsusilə diqqət çəkib.
Fransalı ulduz Ardanın paylaşımına “Təşəkkürlər, bu gecə daha rahat yatacağam” sözləri ilə reaksiya verib. Mbappenin bu yumorlu şərhi sosial şəbəkələrdə maraq doğurub.