Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində diqqətçəkən görüntülər qeydə alınıb.

Metbuat.az "Anadolu agentliyi"nə istinadən xəbər verir ki, sammit çərçivəsində Si Cinpinin ev sahibliyi etdiyi rəsmi qəbulda APEC-ə üzv ölkələrin liderləri iştirak ediblər. Tədbirdən əvvəl dövlət başçıları ailə fotosu çəkdiriblər. ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin liderlərin birgə fotoşəkili zamanı ilk dəfə eyni kadrda yer alıblar. Məlumata görə, foto çəkilişindən öncə Putin Tramp və Si Cinpinlə görüşərək salamlaşıb.

Diqqətçəkən məqam isə üç liderin ertəsi gün ilk dəfə üçtərəfli görüş keçirməsinin gözlənilməsidir. Bildirilir ki, görüşdə Rusiyanın Ukrayna ilə müharibəsi, ABŞ-nin İranla münaqişəsi, ticarət əlaqələri, süni intellekt və nüvə silahları ilə bağlı məsələlər müzakirə olunacaq.

Foto: “Reuters”