Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin noyabrın 18-də keçirilən danışıqlar zamanı beynəlxalq və regional gündəliyin ən aktual məsələlərini müzakirə ediblər. Görüşdə Ukrayna münaqişəsinin nizamlanması, eləcə də Əbu-Dabidə keçirilən son danışıqlar raundu barədə fikir mübadiləsi aparılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Əlbəttə, Ukraynada münaqişənin nizamlanması məsələsinə də toxunulub, Əbu-Dabidə keçirilən son danışıqlar raundunun gedişinə qiymət verilib”, – deyə Uşakov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Putin və Si Cinpin arasında davamlı dialoqun növbəti mərhələsi olan bu söhbət “dostluq ruhunda” keçib.

“Liderlər son dərəcə səmimi və açıq danışırdılar, çünki onlar bir-birlərinə 100 faiz etibar edirlər”, – deyə Rusiya Prezidentinin köməkçisi vurğulayıb.

Uşakovun sözlərinə görə, danışıqlar məzmunlu olub və hər iki tərəf üçün faydalı keçib.