Yaponiyanın Yamaquçi şəhərində meymunların yaşayış məntəqələrinə daxil olaraq insanlara hücum etməsi yerli sakinlər arasında narahatlıq yaradıb. Hadisələrlə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

Metbuat.az Türkiyənin "Sözcü" qəzetinə istinadən xəbər verir ki, meşəlik ərazilərdən şəhərə enən yapon makakaları yaşayış evlərinə və məktəblərə daxil olaraq insanlara hücum ediblər. Heyvanların qapı və pəncərələri açaraq binalara girməsi təhlükəni daha da artırıb.

İspaniyanın "Antena 7" nəşrinin yaydığı məlumata görə, son həftələr ərzində Yamaquçi prefekturasında meymunların hücumları nəticəsində 42 nəfər xəsarət alıb. Zərərçəkənlər arasında uşaqlar da var. Hücumlar əsasən dişləmə və cızıq xəsarətləri ilə nəticələnib.