Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 30,7 milyon ABŞ dolları dəyərində 33 min 781 ton düyü idxal edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 20 % azdır.
Azərbaycan 8 il 7 ayın tamamında Kanadadan (0,3 min ABŞ dolları dəyərində 0,01 ton), 3 il 10 aylıq aradan sonra Böyük Britaniyadan (0,3 minABŞ dolları dəyərində 0,15 ton) və 1 il 11 aylıq fasilənin ardından Yunanıstandan (23,3 min ABŞ dolları dəyərində 14 ton) tədarükü bərpa edib.
2025-ci ildə Azərbaycana idxal edilmiş 54 min 964 ton düyünün 70,3 %-i Hindistanın payına düşüb.