Rusiya Prezidenti Vladimir Putin Çinə səfərini yekunlaşdıraraq Tacikistana yola düşüb.

Metbuat.az Riva Novostiyə istinadən xəbər verir ki, dövlət başçısını daşıyan təyyarə Çinin Şençjen şəhərindəki hava limanından havaya qalxıb.

Səfər çərçivəsində Putinin Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşü planlaşdırılır. Tərəflərin regional təhlükəsizlik, xüsusilə Əfqanıstandakı vəziyyət, eləcə də Rusiya və Tacikistan arasında həyata keçirilən birgə layihələr ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.

Qeyd edək ki, Rusiya liderinin Çin səfəri bir sıra yüksək səviyyəli diplomatik təmaslarla yadda qalıb. Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edib, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.

Səfər zamanı Rusiya, ABŞ və Çin liderlərinin iştirakı ilə üçtərəfli görüşün də keçirildiyi bildirilir. Donald Tramp danışıqları tarixi hadisə kimi qiymətləndirərək üç ölkə liderinin “tarix yazdığını” söyləyib.

Vladimir Putin isə üçtərəfli dialoqun gələcəkdə də davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb.