Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransı təşkil edib.

Metbuat.az xəbər verir ki, o, görüşü diplomatiya tarixində mühüm hadisə kimi qiymətləndirərək, müzakirələrin faydalı və səmimi şəraitdə keçdiyini bildirib. Putin, görüş zamanı liderlərin Ukrayna böhranı, Yaxın Şərqdəki vəziyyət, Koreya yarımadasındakı proseslər və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdiyini deyib. Putin Trampın Rusiya ilə ABŞ arasındakı münasibətləri bərpa etməyə çalışdığını və Ukraynadakı münaqişənin həllini istədiyini söyləyib.

Rusiya lideri Kiyev hakimiyyətini sülh razılaşmasına getmək istəməməkdə günahlandırıb. Putin Ukrayna və Avropanın münaqişənin həlli üçün kompromisə hazır olmadığını da bildirib. Onun sözlərinə görə, ABŞ tərəfinin irəli sürdüyü razılaşma təkliflərini Rusiya heç bir dəyişiklik etmədən qəbul edib. Putin, həmçinin, Kırım körpüsünə edilən hücumlara cavab verəcəklərini açıqlayıb. O bildirib ki, hücumlardan sonra atəşkəs danışıqları aparılmayacaq.

Rusiya Prezidenti körpünün avtomobil hissəsinin ciddi zərər gördüyünü, dəmir yolu xəttinin isə təmir edildiyini qeyd edib.