Azərbaycan millisi Finlandiya və İrlandiya yığmaları ilə görüşəcək

Azərbaycan millisi Finlandiya və İrlandiya yığmaları ilə görüşəcək
04:23 21 Yanvar 2015
175 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq.
AFFA-dan AzərTAc-a bildiriblər ki, yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.
Təlim-məşq toplanışları ərzində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə qarşılaşacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_millisi_Finlandiya_ve_Irlandiya_yigmalari_ile_gorusecek-826242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR