Şahin Sultanov ANS-ə danışdı (VİDEO)

Şahin Sultanov ANS-ə danışdı (VİDEO)
21:46 25 Dekabr 2014
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ilk dəfə yüksək vəzifəli şəxs barədə həbs-qətimkan tədbiri dəyişdirilib. Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov həbsdən ev dustaqlığına buraxılıb. İlk növbədə Heydər Əliyevin məzarını ziyarət etməyi özünə borc bilən Şahin Sultanov ANS-ə açıqlamasında ona qarşı irəli sürülən ittihamlarla bağlı suala cavabı ilə diqqəti cəlb edib.

ANS TV-nin məlumatına görə, bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan təbdirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb və Sultanov ev dustaqlığına buraxılıb.

Şahin Sultanov bu ilin aprel ayında Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də aparılan yoxlamalar zamanı aşkarlanan qanun pozuntuları ilə bağlı həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı və mənimsəmə maddələrilə ittiham olunurdu.

Şahin Sultanovla bərabər o zaman daha bir neçə nəfər həbs edilmişdi. Onlar qərargah rəisi Yunis Məmmədov, ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev, birinci dərəcəli kapitan Qasım Quliyev, mülki şəxs Elxan Hacıyev və digərləridir.

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov isə bu müddət ərzində ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib. O, bu gün də özünü günahkar saymır. Hər halda, ev dustaqlığına buraxılandan sonra axşamüstü Fəxri Xiyabana Heydər Əliyevin məzarını ziyarət etməyə gələn vitse-admiral ANS-in özünüzü günahkar bilirsinizmi sualına xeyr, günahkar deyiləm cavabını verdi.

“Mən bu gün ağ formanı ona görə geyindim ki, bu ağ formaya ləkə düşə bilməz. Mən necə vardım - təmiz eləcə də qalacam. Hazırda irəli sürülən ittihamla bağlı iş gedir. Zaman gələcək hamısı aydın olacaq. Eyni zamanda mənim hərbi rütbəm məndən alınmayıb” – deyə Şahin Sultanov bildirib.

Xatırladım ki, ev dustaqlığına buraxılma Azərbaycan Prossesual Məcəlləsində var. Amma Azərbaycanda bu çox az sayda sadə vətəndaşlara tətbiq olunub. Vəzifəli şəxslərə gəlincə, Şahin Sultanov ilk nüfuzlu şəxsdir ki, belə bir qətimkan tədbirindən yararlanır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR