"Rüstəm İbrahimbəyovun bu cür fikirləri yeni deyil. O hər zaman belə fikirlər səsləndirib"
Bu sözləri Milli.Az-a millət vəkili Fəzail Ağamalı kinorejissor Rüstəm İbrahimbəyovun "Biz ermənilərlə düşmən deyilik" fikirlərinə münasibət bildirərkən deyib.
"Rüstəm İbrahimbəyov ermənilərlə birlikdə konyak içməkdən, onlarla xoş gün keçirməkdən heç vaxt imtina etməyib. O, kosmopolit bir insandır. Onun üçün vətən, millət anlayışı yoxdur. Daim öz şəxsi maraqları haqda düşünür", - deyə o əlavə edib.
Xatırladaq ki, kinorejissor Rüstəm İbrahimbəyov "The New Times" qəzetimə müsahibəsində deyib:
"Azərbaycanda çoxlarına mənim baxışlarım xoş gəlmir. Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm".
Teymur Hacıyev
Milli.Az