Yeni şöbə yaradıldı

Yeni şöbə yaradıldı
14:01 22 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

AMEA-nın Folklor İnstitutunda “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb. Bu barədə qərar AMEA Rəyasət Heyətinin yanvarın 21-də keçirilən iclasında qəbul edilib.

ANS PRESS xəbər verir ki, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, AMEA Folklor İnstitutunun nəzdində Cənubi Azərbaycan folkloru şöbəsi yaradılıb. Şöbənin yaradılmasında əsas məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir.

Qərarın icrasına nəzarət AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliyə həvalə olunub.

Bildirək ki, indiyə kimi Folklor İnstitutunda Cənubi Azərbaycan folkloru ilə bağlı bir neçə kitab çap olunub:

Təbriz folklor örnəkləri. I kitab. Layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov). Toplayıcıları Kazım Abbasi («El bilimi» dərnəyinin üzvü), Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəməd Əlipur Muqəddəm. Redaktoru fil.ü.f.d. Səkinə Qaybalıyeva. Bakı, “Nurlan”, 2013, 444 səh.;

Güney Azərbaycan Folkloru. I kitab (Təbriz, Yekanat və Həmədan ərazilərindən toplanmış folkor örnəkləri). Toplayanı Məmmədəli Qövsi Fərzanə. Elmi redaktoru və ön sözün müəllifi: fil.ü.e.d. İsrafil Abbaslı. Tərtib edəni: fil.ü.f.d. Sönməz Abbaslı. Bakı, “Elm və təhsil”, 2013, 456 səh.;

Güney Azərbaycan Folkloru. II kitab. Layihə rəhbəri:, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov). Toplayanlar: Bəhruz Həqqi, Məmmədəli Qövsi Fərzanə. Tərtib edəni və ön sözün müəllifi: fil.ü.f.d. Sönməz Abbaslı. Elmi redaktorları: fil.ü.f.d. Rza Xəlilov, Aydın Mustafayev. Bakı, “Elm və təhsil”, 2014, 340 səh.;

Güney Azərbaycan Folkloru. III kitab. Layihə rəhbəri: AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov). Elmi redaktoru və ön sözün müəllifi: fil.ü.f.d. Mətanət Maşallahqızı (Abbasova). Bakı, “Elm və təhsil”, 2014, 230 səh.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR