“Dropbox” yeni səmərəli “CloudOn” mobil startapını alır

“Dropbox”  yeni səmərəli “CloudOn” mobil startapını alır
14:41 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Dropbox” öz komandasını səmərəli “CloudOn” mobil startapını almaqla gücləndirir.

“ICTnews” xəbər xidmətinin “TechCrunch”a istinadən verdiyi məlumata əsasən, startapın İsrail qərargahı bu xəbəri təsdiqləyib.

“CloudOn”  9 milyon qeydiyyatdan keçmiş istifadəçilər üçün nəzərdə tutulub. Xidmət istifadəçilərə redaktə etmək imkanı yaradır. “CloudOn” bu gün yeni istifadəçilərin qeydiyyatını dayandırıb və onun 30 nəfər əməkdaşının 2015-ci ilin mart ayında “Dropbox”da işləməyə göndərildiyini bildirib.

“CloudOn”un əsas məqsədi “Dropbox”la mobil rabitəni asanlaşdırmaq və insanlara istədikləri yerdə və vaxtda işləmək imkanı təqdim etməkdir”,- deyə “Dropbox”un nümayəndəsi bəyanatında bildirib.

Bu birləşmə nəticəsində “CloudOn”un təcrübəsi və ixtisası artacaq.  “CloudOn”un ofisi “Dropbox”un İsraildə ilk ofisi olacaq. Şirkət Avropada ilk ofisini iki il bundan öncə Dublində (İrlandiya) açıb.

Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34899-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR