Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərini yarımçıq qoyaraq Ər-Riyada gedəcək.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, buna səbəb Səudiyyə Ərəbistanın kralı Abdullah Bin Abdulaziz Al Suudin qəfil ölümüdür.

Məlumatda bildirilir ki, Efiopiyadakı görüşlərindən sonra Somali səfərini təxirə salan Ərdoğan Ər-Riyada gedəcək. Səudiyyə kralının dəfn mərasimindən sonra isə o, Cibutiyə getməyi planlaşdırır. Ərdoğan Somaliyə Cibutidən gedəcək.