İyulun 27-də Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımova bacıları Londonda konsert proqramı ilə çıxış edəcəklər.

Axşam.az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, konsert Fidan Qasımovanın Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülməsi münasibətilə təşkil olunur.

Konsertdə Fidan və Xuraman Qasımovaların Azərbaycan və dünya klassik musiqilərindən ibarət proqramla çıxış etmələri nəzərdə tutulur.

Bu səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.