BMT Suriyaya və daha 11 ölkəyə humanitar yardımlar ayırıb

BMT Suriyaya və daha 11 ölkəyə humanitar yardımlar ayırıb
17:18 24 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
BMT Suriya və daha 11 ölkədə humanitar əməliyyatların maliyyələşdirilməsi üçün fövqəladə vəziyyətlərə reaksiya mərkəzi fondundan 100 milyon dollar vəsait ayırıb.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos bu addımın ehtiyacı olan insanlara yardım göstərmək üçün beynəlxalq donorlardan yetərincə vəsait ayrılmadığı üçün atıldığını bildirib.
Vəsaitin əsas hissəsi – təxminən 77,5 milyon dolları Suriya böhranının toxunduğu ölkələrə yönələcək. Əhalisinin 12 milyon nəfərinin təcili humanitar yardıma ehtiyacı olan Suriyaya 30 milyon dollar ayrılacaq. Digər 47,5 milyon dollar isə suriyalı qaçqınları qəbul edən region ölkələrinə - Livana (18 milyon dollar), İordaniyaya və Türkiyəyə (hərəsinə 9 milyon dollar), İraqa (8 milyon dollar) və Misirə (3,5 milyon dollar) veriləcək.
BMT, həmçinin Böyük Afrika gölləri regionundakı (Konqo Demokratik Respublikası, Burundi və Ruanda) humanitar əməliyyatlara 14 milyon dollar, təşkilatın Kolumbiyadakı tərəfdaşlarına 3 milyon dollar, KXDR və Cibutiyə isə müvafiq olaraq 2 milyon dollar və 3 milyon dollar vəsait ayıracaq.
Qeyd edək ki, fövqəladə vəziyyətlərə reaksiya mərkəzi fondu 2006-cı ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılıb. Həmin dövrdən indiyədək planetimizdə ehtiyacı olan insanlara kömək üçün dünya təşkilatının tələbatı üç dəfədən də çox artaraq ildə 6 milyard dollardan 19 milyard dollara çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_Suriyaya_ve_daha_11_olkeye_humanitar_yardimlar_ayirib-827301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR