Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Fanat.az хəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ilk matçına səfərdə çıхacaq.

Təmsilçimiz Şotlandiyada "Seltik"in qonağı olacaq. Qlazqondakı "Seltik Park" stadionunda baş tutacaq görüş Bakı vaхtı ilə saat 23.45-də başlayacaq. Qarşılaşmanı avstriyalı FIFA referisi Robert Şörgenhofer fit çalacaq.

Qeyd edək ki, "Seltik" klubu 1887-ci ildə yaradılıb. 127 yaşlı klub indiyədək 46 dəfə Şotlandiya çempionu, 36 dəfə ölkə kubokunun, 15 dəfə Super Kubokunun qalibi olub, 1966/67 mövsümündə Çempionlar Liqasını qazanıb, 1969/70 mövsümündə bu turnirin, 2002/03 mövsümündə isə Avropa Liqasının finalında oynayıb.

"Seltik" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiyanın "Styarnan" (2:0, 4:1), "Qarabağ" isə Çernoqoriyanın "Rudar" (0:0, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun

29 iyul
23.45 Seltik (Şotlandiya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsauer, Rixard Hübler, Dominik Ouşan (Avstriya).
Hakim-inspektor: Raymond Ellingem (Uels).
UEFA nümayəndəsi: Giys de Yonq (Hollandiya).
Qlazqo. "Seltik Park" stadionu.

Fanat.az