Bakı, 8 avqust, Elvin Camalov, AZƏRTAC
Cibuti hava yolları məşhur musiqi qrupu “Iron Maiden”in vokalisti, pilot Bruce Dickinsonun rəhbərliyində yenidən fəaliyyətə başlayıb.
AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, 2002-ci ildə iflas edərək uçuşlarını sonlandıran Cibuti hava yollarını Dickinsonun rəhbəri olduğu İngiltərə mənşəli “Cardiff” Aviasiya şirkəti ilə birgə fəaliyyətə başlayıb. Yenidən qurulan hava yolları ilk uçuşunu Somalinin Somaliland muxtar vilayətinə reallaşdırıb. Cibutidən Somalilandın paytaxtı Hergasaya 6 ton yük aparılıb.
Cibuti hava yollarının yük daşınmasından əlavə yaxın zamanlarda sərnişin daşınmasına da başlayacağı bildirilib. Hava yollarını idarə edən B.Dickinson “Iron Maiden” qrupunun vokalisti olmaqla bərabər eyni zamanda pilot, yazar və ssenaristdir.