Dünyanın ən gözəl uşaqları (FOTO)

Dünyanın ən gözəl uşaqları (FOTO)
16:16 26 Yanvar 2015
2931 Sosial
Ölkə mətbuatı
A- A+

Bu uşaqlar dünyanən ən gözəl uşaqlarıdır. Onların hər biri yaşının az olmasına baxmayaraq tanınmış modellərə meydan oxuya bilər. ANS PRESS dünyanın ən gözəl uşaqlarını təqdim edir:

1.13 yaşlı Tilan Blondo- o gənc modellər arasında əsl moda ikonası sayılır. Teleaparıcı və futbolçunun qızı olan fransalı uşaq öz xərclərini uşaq yaşlarından özü qarşılamağa başlayıb. Tilan moda dünyasının ən çox qazanan uşaq manikenlərindəndir. Onun hələ 10 yaşında qadın obrazında "Vogue" jurnalında olan fotosessiyası o zaman böyük səs küyə səbəb olmuşdu.
Futbolçu parkit Blondonun qızı yaradıcılıqla da məşğuldur. O, artıq iki şeir kitabını çap etdirib.




2.9 yaşlı Kristina Pimenova yaşı az olsada moda aləmində yeni deyil. O, bu az yaşında "Roberto Cavalli", D&G, "Fendi", "Ermanno Scervino", "Benetton" kimi brendlərlə işləyib. Bir müddət əvəll rusiyalı bu qızcığaz planetin ən gözəl uşaq modeli də seçilib.




3.14 yaşlı Makkeyzi Foy əslən Los Ancelesdəndir. O nəinki moda dünyasını fəth edib, kinolardada rollar alıb. Bu işə 5 yaşından başlayan Foy "Polo Ralph Lauren" və "Guess Kids"lə çalışıb. 12 yaşında məşhur "Alatoran" filminin qəhrəmanı olub. O, gələcəkdə də kino ilə moda aləmində bigə fəaliyyət göstərməyi planlaşdırır.




4.10 yaşlı Laneya Qreys amerikalı və fillipinli kökləri sayəsində diqqətdən kənar qalmayıb. Rəngli saçlar, iri dodaqlar, yaşıl gözlər qızın faydasına olub. O, dünya markalarının fotossesiyaları ilə yanaşı, kliplərdə də rol alır.



5.Moskvadan olan 10 yaşlı Anastasiya Bezrukova da modelyerlərin əsas diqqət mərkəzində olan gənclərdən biridir. Onun yaradıcılığında "Benetton", "Pinko", "Moschino", "Incanto","Vogue Bambini" kimi nəhənglərlə iş təcrübəsi var.



6.Kazandan olan Sabrina Kitayeva 11 yaşında olmasına baxmayaraq ən böyük təlabat olan gənc modellərdəndir. Bu gənc yaşında o dizaynerlərin diqqətini ancaq gözəl görünüşü ilə deyil, tatar rəqslərinin mahir ifaçılığı, bir necə dildə danışması ilə də cəlb edir. 2013-cü ildə dünyanın ən gözəl qız uşağı seçilən Sabrina hələki dərsləri ilə daha çox məşğul olmağa üstünlük verir.




7.Nepaldan olan Drişti Daxal 12 yaşı olmasına baxmayaraq bir çox təcrübəli modellərə belə meydan oxuyur. O, Katmanduda keçirilən "dünyanın ən gözəl qız uşağı 2014" müsabiqəsində 43 həmyaşıdını qabaqlayıb.



8.İden Vud - uşaq modasının fenomenidir. O, 6 yaşına kimi 300-ə qədər müsabiqə iştirakçısı olub. İden müğənni olmaq arzisindadır. Bu gün 9 yaşında olan bu qızcığaz bir necə sinql buraxıb. Gəzən şayiələrə görə, qızın anasının ambisiyaları olduqca böyükdür. belə ki, 9 yaşında olan bu qız ən azı 1 plastik cərrahiyyə əməliyyatına məruz qalıb.




Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=42&nid=321919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR