Şou-biznesdə bir çox müğənnilərə mahnı yazan şair-bəstəkar Tural Bayraməliyev növbəti kompazisiyasını həyat yoldaşı Mehriban xanıma həsr edib. Lent.az-a açıqlama verən bəstəkar bildirib ki, yeni bəstəni xanımına ailə həyatı qurmağının bir ilinin tamam olması münasibəti ilə ərməğan edib. “Bu kompozisiyanı həyat yoldaşıma və eyni zamanda sevib-sevilən, qəlbi sevgi ilə döyünən gənclərə həsr edirəm. İnanıram bu melodiya sevənlərin rəmzinə çevriləcək. Bəstəyə Türkiyənin tanınmış rejissorlarından biri klip də çəkiləcək. Ekran işi iki gəncin sevgisindən bəhs edəcək. Obrazları türkiyəli peşəkar aktyorlar canlandıracaq. Çəkilişin Böyük Adada aparılması nəzərdə tutulub.
Xatırladaq ki, yeni bəstəsinin aranjemanı İlkin Həsəniyə məxsusdur. Məşhur musiqiçi Muhittin Kadriyenin rəhbərliyi və böyük orkestr heyətinin müşayiəti ilə bəstə Türkiyədə lentə yazılıb.
Qeyd edək ki, T.Bayraməliyevin bəstələrini şou-biznesdə bir çox tanınmışlar xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, əməkdar artistlər Aygün Bəylər, Almaz Ələsgərli, müğənnilər Nadir Qafarzadə, Elçin Cəfərov, Ayan Babakişiyeva və bir çoxları oxuyub.