Daha bir şöbə Əli Kərimlinin əlindən çıxdı

Daha bir şöbə Əli Kərimlinin əlindən çıxdı
10:53 7 Sentyabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

AXCP Suraxanı rayon şöbəsinin konfransı keçirilib.

Trend-in məlumatına görə, AXCP EQTK üzvü Cavid Musazadə konfransı açaraq, AXCP-də yaranmış durum, Əli Kərimlinin rəhbərliyi ilə bir qrup avtoritar təfəkkürlü insanın partiyanı uçuruma apardığını bildirib. C.Musayev qeyd edib ki, AXCP Ə.Kərimli kimi insanların inhisarından çıxarılmalıdır.

Sonra AXCP EQTK-nin sədri Razi Nurullayev geniş çıxış edərək Ə.Kərimlinin apardığı siyasətin AXCP-nin məhvinə gətirdiyini bildirib. O qeyd edib ki, Ə.Kərimli illərdir apardığı uğursuz siyasətinə görə istefa verməli, sədrlikdən getməlidir.

R.Nurullayevin çıxışından sonra təşkilati məsələyə baxılıb. Vüsal Bayramov AXCP Suraxanı rayon şöbəsinin sədri seçilib.

Rahib Hacıyev Ali Məclisin üzvü, Nurlan Rəsulov, Savid Nəbiyev, Tahir Hüseynov isə NTK üzvləri seçiliblər. Konfrans AXCP Etimad Qurultayına nümayəndələri də müəyyən edib. Suraxanı şöbəsini qurultayda Cavid Musazadə, Ayaz Nəbiyev, Rahib Hacıyev, Vüsal Bayramov və Ehtiram Mehdiyev təmsil edəcəklər.

Qeyd edək ki, Suraxanı rayon şöbəsi AXCP-nin əsas dayaqlarından biri olub. Belə ki, son iki parlament seçkisində Ə.Kərimli bu dairədən namizəd olub. Suraxanı cəbhəçilərinin böyük əksəriyyətinin Etimad Qurultayı Təşkilat Komitəsini seçməsi ciddi siqnaldır və bu rayonda Ə.Kərimlinin sosial bazasının dağılması deməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2430481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR