Röya Hacı Nuranla görüşdü - fotolar

Röya Hacı Nuranla görüşdü -  fotolar
15:21 29 Sentyabr 2015
62 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün Almaniyadan Bakıya qayıdan aparıcı Hacı Nuran Hüseynov müğənni Röya Ayxanla görüşüb.

Axşam.az-ın məlumatına görə, nahara gedən tanınmışlar fotolarını sosial şəbəkədə paylaşıb. ATV-nin aparıcısı Kəmalə Piriyeva da onlarla birlikdə olub.

Xatırladaq ki, xərçəng xəstəliyi ilə mübarizə aparan Hacı Nuran Bakıya gələcəyi haqda özü məlumat vermişdi:

“Əziz və sevimli dostlarım! Bildiyiniz kimi, neçə müddətdir ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikada ağır xərçəng xəstəliyi ilə mübarizə aparıram. Son vaxtlar səhhətim daha da pisləşib, özümü çox pis hiss edirəm. Həkimlər də məsləhət gördülər ki, bir az ab-havamı dəyişim”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=38015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR