Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Tbilisi prospekti (alternativ yol Həsənbəy Zərdabi pros.), İnşaatçılar prospekti Dövlət Statistika Komitəsinin qarşısı (alternativ yol Şəfayət Mehdiyev küç), habelə Koroğlu Rəhimov küçəsi (həmin istiqamətdə sıxlıq azdır, alternativ yol -Əhməd Ağaoğlu küç) və Afiyəddin Cəlilov küçəsində (az sıxlıq - alternativ yol Xocalı pros) avtomobillərin hərəkətində sıxlıq qeydə alınıb.
Bundan başqa, Bakı-Sumqayıt şossesində paytaxtda doğru Bakı Beynəlxalq Avtovağzalın qarşısında da nəqliyyatın sıxlığı müşahidə edilir.