Axşam.az-ın məlumatına görə, aparıcı “Hər şey daxil” verilişinə zəng edib. O, proqramda qonaq olan dostu, müğənni Röya Ayxanla danışıb.
Ötən həftə əməliyyat olunan Hacı Nuran səhhəti ilə bağlı da xəbər verib:
“Birinci əməliyyat bitdi. İndi yaxşıyam. Bir həftədən sonra növbəti əməliyyat olacaq. Ümumilikdə, bir neçə əməliyyat keçirməliyəm".
R.Ayxan isə “Elə bil həyat yoldaşımsan. Hamı səni məndən soruşur. Mesaj yazıram, cavab vermirsən. Bakıya tez qayıt” deyə, cavab verib.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nurana ilik transplantasiyası olunur.