Əməliyyat olunmaq üçün Almaniyaya qayıdan teleaparıcı Hacı Nurandan xəbər var.

Axşam.az-ın məlumatına görə, aparıcı sosial şəbəkədə əməliyyatdan sonra ilk fotosunu paylaşıb. Hacı Nuran şəklə “Əməliyyatdan sonra ilk foto. Yanıma yaxınd dostum Turqay Əliyev gəlib” sözlərini yazıb.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nurana ilik transplantasiya olunub. Aparıcı açıqlamalarının birində bir neçə əməliyyat keçirməli olduğunu bildirmişdi.

Hacı Nuranın əməliyyatdan sonra ilk fotosu