Fidan Hacıyeva ilk dəfə Gülçöhrəni oynayacaq - fotolar

Fidan Hacıyeva ilk dəfə Gülçöhrəni oynayacaq -  fotolar
17:21 11 Noyabr 2015
31 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Fidan Hacıyeva media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, opera ifaçısı noyabrın 28-də nümayiş olunacaq “Arşın mal alan” operettasından bəhs edib:

“Artıq neçə illərdir ki, Üzeyir Hacıbəyovun “Arşın mal alan” operasında Asiya obrazını yaradıram. Müəllimim belə bir təklif irəli sürdü ki, Gülçöhrə obrazını da yaradım. Sevə-sevə buna razılıq verdim. Ona görə ki, bu obrazı çox sevirəm.  Mənimlə birlikdə çalışdığı üçün rejissorumuz Hafiz Quliyevə təşəkkür edirəm. Çox çətin bir obrazdır. Müxtəlif arialar, deutlər, trioalar var. Tərəf müqavilim Fərid Əliyev olacaq. Bir obrazdan o birisinə keçmək çox çətindir”.

F.Hacıyeva bu işin öhdəsindən uğurla gələcəyini iddia edib:

"Asyadan sonra Gülçöhrə obrazını ifa etmək mənə çox maraqlıdır. Asya özünü çox sevir, şıltaqdır, amma Gülçöhrə romantik, duyğulu qızdır. Fərqli surətlərdir. Üzeyir bəy Gülçöhrə obrazını soprano səs üçün yazıb. Mənim səsim isə metso-sopranodur. Amma Gülçöhrənin partiyaları məndə uğurlu alınır. Əsərdə Gülçöhrənin 5 mühüm ariyası var. Səhnə məşqləri bitib. Hazırda orkestrin məşqləri davam edir".

Qeyd edək ki, tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək. Əsgər rolunda əməkdar artist Fərid Əliyev, Cahan xala rolunda əməkdar artist Gülüstan Əliyeva, Soltan bəy rolunda əməkdar artist Yadigar Muradov, Süleyman rolunda Tural Ağasıyev, Telli rolunda xalq artisti Gülyaz Məmmədova, Vəli rolunda isə əməkdar artist Ələkbər Əliyev çıxış edəcək.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR