Devid Bekhem Antarktidada futbol oynayacaq

Devid Bekhem Antarktidada futbol oynayacaq
00:34 12 Noyabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur  ingilis futbolçusu Devid Bekhem Antarktidada futbol matçı keçirəcək.

 

Apasport.az saytının futbolçunun sosial şəbəkə hesablarına istinadən məlumatına görə, bu oyun UNİCEF-in xoşməramlı səfiri olan keçmiş yarımmüdafiəçinin kimsəsiz uşaqlara yardım üçün yaradılan fondun xeyrinə təşkil elədiyi turne çərçivəsində artıq 5-ci belə təşəbbüsü olacaq.

 

Devidin rəqibləri və komanda yoldaşları Antarktidada “Union” elm məntəqəsində çalışan alimlər, mexaniklər, aşpazlar və digər işçilər olacaqlar.

 

Qeyd edək ki, bu marafonun əsas məqsədi hər qitədə bir oyun keçirməkdi. Bura qədər isə ingilis futbolçu Papua-Yeni Qvineya, Cibuti, Nepal və Argentinada bu səpkili oyunlar təşkil edib.

 

Ən soyuq qitədən sonra növbəti səfər ABŞ-a olacaq. Marafona isə Mançesterdə “Old  Trafford” stadionunda yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR