Salyan Rayon Polis İdarəsindən ANS PRESS-ə bildirdilər ki, hadisə gecə saatlarında rayonun Arbatan kəndində qeydə alınıb. Üzü maska ilə bağlı olan şəxslər gecə saatlarında gizlicə kənd sakini, şəhərdə vəkil işləyən Sevda Sultanovanın evinə giriblər.
Ev sahiblərinin oyandığını görən maskalılar evdə qonaq olan Lerik rayonunun Bürsülüm kənd sakini, 1993-cü il təvəllüdlü Rabil Ağadadaş oğlu Ağayevə baş və gicgah nahiyəsindən küt alətlə xəsarət yetirərək ərazidən uzaqlaşıblar.
Xəsarət alan gənc dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb və yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.
Şöbədən quldurluğu törədən şəxslərin hələlik müəyyən edilib həbs edilmədiyini bildirdilər.