Azərbaycan təmsilçiləri 8 çəki dərəcəsindən 6-da finala yüksəlib. Bunlar Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq) və 86 kq çəki dərəcəsində bir-biri ilə qarşılaşacaq Aleksand Qostiyevlə Nurməhəmməd Hacıyevdir.
Eyni zamanda Mahir Əmiraslanov, Pərviz İbrahimov (hər ikisi 57 kq), Teymur Məmmədov, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Hacımurad Ömərov (70 kq) və Aslanbek Alborov (97 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.
Qeyd edək ki, medal görüşləri saat 17:00-da başlanacaq açılış mərasiminin ardından təşkil olunacaq.