FİFA-nın daha bir neçə yüksək vəzifəli şəxsi həbs ediləcək

FİFA-nın daha bir neçə yüksək vəzifəli şəxsi həbs ediləcək
11:17 3 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

İsveçrə polisi FİFA-nın İcraiyyə Komitəsində çalışan daha bir neçə yüksək vəzifəli şəxsi həbs edəcək. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, əməliyyat ABŞ hökumətinin tələbinə əsasən, korrupsiya ittihamı ilə başladılıb.

İsveçrə polisi əməliyyata bu gün səhər saatlarında başlayıb. Əməliyyat prosesi mayda FİFA-nın bir neçə yüksək vəzifəli əməkdaşlarının tutulduğu oteldə həyata keçirilir.

"New York Times" nəşrinin yazdığına görə, futbol fəaliyyətindən kənarlaşdırılan FİFA prezidenti Yozef Blatter və qurumun keçmiş baş katibi Jerom Valke Sürixdə keçirilən əməliyyat zamanı həbs edilməyəcəklər.

Ehtimal olunur ki, bu dəfə daha çox KONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) və KONKAKAF-ın (Şimali və Mərkəzi Amerika, həmçinin Karib dənizi hövzəsi ölkələrinin futbol federasiyası) vəzifəli şəxsləri tutulacaqlar. Onlar çirkin pulların yuyulması və dələduzluqda ittiham olunurlar. Odur ki, Blatterlə Valkenin "həbs" təhlükəsinin olmadığı bildirilir.

İsveçrənin Federal Ədliyyə Bürosu sentyabrın 25-də Blatterə qarşı cinayət işi qaldırıb. 1998-ci ildən FİFA-ya rəhbərlik etmiş Blatter 2011-ci ildə UEFA prezidenti Mişel Platiniyə qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə ittiham olunur. Blatterin sözlərinə görə, guya həmin məbləğ Platininin hesabına 1999-cu ilin yanvarından 2002-ci ilin iyun ayına qədərkı müddətdə gördüyü işə görə köçürülüb. ABŞ mətbuatı həmin vaxt Valkenin də bir neçə fırıldaq işlərdə iştirak etdiyini yazmışdı. Nəticədə oktyabrın əvvəlində FİFA-nın Etika Komitəsi Blatter, Valke və Platinini 90 günlük müddətə futbol fəaliyyətindən kənarlaşdırmışdı.

Qeyd edək ki, FİFA-nın yeni prezidentinin adı gələn il, fevralın 26-da Sürixdə keçiriləcək səsvermədən sonra açıqlanacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR