FİFA-da həbs dalğası başladı

FİFA-da həbs dalğası başladı
12:31 3 Dekabr 2015
16 İdman
Ölkə mətbuatı
A- A+

İsveçrə polisi yenidən FİFA-da həbsləri həyata keçirib.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbər TASS xəbər agentliyində yer alıb.

Məlumatda Məlumatda Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyasının (KONKAKAF) prezidenti və Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) rəhbəri Xuan Anxel Napoutun həbs olunduğu bildirilir.

Sentyabr ayının 25-də isə, İsveçrə Federal Ədliyyə bürosu Yozef Blatterə qarşı cinayyət işi açıb. Onun qeyri-qanuni şəkildə UEFA prezidenti Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı köçürdüyü iddia edilir. Ancaq Platini bu ittihamla razı olmadığını və pulların qanuni şəkildə müqaviləyə əsasən keçirildiyini bildirilib.

FİFA bu həbslərlə bağlı fövqəladə iclas keçirəcəyini açıqlayıb. Hələlik iclasın zamanı və yeri bəlli deyil.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR