Sumqayıt, 6 fevral, AzərTAc
“Sumqayıt” futbol komandasının heyətində çıxış edən Budaq Nəsirov və Fərid Kərimzadə Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının düşərgəsinə dəvət alıblar.
Klubun mətbuat xidmətindən AzərTAc–a bildiriblər ki, Avropa çempionatının elit raunduna hazırlaşan millimiz fevralın 16-dan 22-dək Finlandiyanın paytaxtı Helsinkidə təlim-məşq toplanışında olacaq. Gənc futbolçularımız fevralın 23-dən 28-dək isə təlim-məşq toplanışını İrlandiyanın paytaxtı Dublində davam etdirəcəklər.
Yığma komandamız hazırlıq çərçivəsində dörd yoxlama oyunu keçirəcək.