Azərbaycan şoubiznesi dilə gəldi (FOTO)

Azərbaycan şoubiznesi dilə gəldi (FOTO)
20:06 4 Dekabr 2015
115 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sənətçiləri Vergilər Nazirliyinin yeni qaydaları barədə danışıb.

ANS PRESS-in məlumatına görə, müğənni öz studiyasında çalışan fiziki şəxslərlə əmək ödənişləri məqsədilə əmək müqaviləsi bağlamalı, studiyada istifadə olunan avadanlıqların və bütün digər alətlərin alışını rəsmiləşdirməli, həmin avadanlıqlara amortizasiya hesablamalı, studiyada istifadə olunan materialların alışı ilə əlaqədar sənədləşmələri təmin etməlidir. Bu barədə Vergilər Nazirliyi xəbər verib.

Bu məlumata şou-biznes fəaliyyəti ilə məşğul olan şəxslər münasibət bildiriblər.

Xalq artisti Nazpəri Dostaliyevanın yaxın dostu, “Sənətçi köməkçisindən ayrıldığı üçün ona dost kimi mən kömək edirəm. İfaçının isə vergilərlə heç bir problemi ola bilməz. Müğənni nazir deyil ki, onun bir neçə köməkçisi olsun” deyə məsələyə aydınlıq gətirib.


Nazpəri Dostəliyeva - müğənni

Əməkdar artist Ədalət Şükürov da bu məsələ ilə bağlı öz fikrini bildirib. Onun sözlərinə görə, müğənni öz borcunu, studiya da öz vergisini ödəməlidir:

“Əgər müğənninin öz studiyası varsa, onda bir dənə VÖEN-i olmalıdır. Həm özünün, həm də studiya üçün olsa, bu düz gəlmir. Yox, əgər müğənnin öz studiyasıdırsa, onda qoy, öz VÖEN-i ilə ödəsin. Burada çətin nə var ki?! Bilmirlərsə, nə ilə ilişsinlər, o başqa məsələ.”


Ədalət Şükürov - müğənni

İfaçı köməkçisi ilə müqavilə bağladığını və 10 il vergi ödədiyini deyib:

“Mən köməkçim ilə müqavilə bağlamışam. Ona maaş verirəm, o da öz vergisini ödəyir. Özüm 10 ildir, vergi ödəyirəm. On ildir, Ədalət Şükürova heç kim söz deməyib, deyə də bilməz. Çünki mən vergilərimi ödəyirəm. Bu qərar vergilərini ödəməyən müğənnilərə aiddir.”


Elariz - müğənni

Müğənni Elariz Məmmədoğlu da Nəzpəri Dostəliyeva kimi köməkçisi olmadığını deyib. Köməkçinin olmamasının səbəbi işləri zəif olmasıdır. O, bildirib ki, studiyası olmadığı üçün vergi ödəmir. İfaçı əlavə edib ki, vergilərlə heç bir problemi yoxdur.

Vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir. Məşhur adların vergi qalmaqallarında hallanması, dünyanın tanıdığı "ulduzların" bəzən ciddi cəza almaları görünməmiş hadisə deyil. Məsələn, İtaliyanın ən məşhur kino ulduzlarından olan, dünyada qadın gözəlliyinin rəmzi hesab edilən Sofi Loren vergi ödəmədiyinə görə həbsdə olub.


Sofi Loren - aktrisa və müğənni

Başqa bir görkəmli italiyalı, məşhur müğənni Luçano Pavarotti bir neçə milyon dollar vergi ödəmədiyinə görə Belçikada tutulub saxlanılıb. Dahi rejissor və aktyor Çarli Çaplin də vergiyə görə ABŞ-da məsuliyyətə cəlb edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR