Platininin apellyasiya şikayətinə baxılıb

Platininin apellyasiya şikayətinə baxılıb
21:27 11 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

UEFA prezidenti Mişel Platininin apellyasiya şikayəti təmin olunmayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi fransalı funksionerin 90 günlük vəzifəsindən kənarda qalması barədə qərarı qüvvədə saxlayıb. Platini işinə yanvarın 5-də qayıda biləcək. Bununla da, Platininin FİFA prezident seçkilərində iştirakı da sual altındadır.

Qeyd edək ki, bundan öncə FİFA da UEFA rəhbərinin apellyasiya müraciətini geri çevirmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR