Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin mərkəzi hissəsində, Neftçilər prospektində (Kukla Teatrının qarşısı) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilir.
Bundan başqa, Afiyəddin Cəlilov küçəsi, Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı/mərkəzə doğru), Koroğlu Rəhimov küçəsi (Prezident iqamətgahının qarşısı), o cümlədən Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), Bakı-Sumqayıt şosesi (paytaxta doğru) və Üzeyir Hacıbəyov küçəsində (Cavanşir körpüsü) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.