​Razi Nurullayevin AXCP ilə bağlı iddiasına baxılacaq məhkəmə iclasının tarixi açıqlanıb

17:12 14 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı iddiasına dekabrın 28-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.
Bu barədə "Report"a R.Nurullayev məlumat verib.
O bildirib ki, məhkəmə prosesi hakim Tahirə Əsədovanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də etimad qurultayı keçirilib, gizli səsvermə ilə R.Nurullayev sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.
Nazirlik eyni qərarı Əli Kərimli ilə də bağlı verib. Nazirlik sentyabrın 27-də keçirilən qurultayın nəticələrini tanımayıb. Ə.Kərimli də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR