Xalq artisti: "15 yaşında ana olmuşam"

Xalq artisti: "15 yaşında ana olmuşam"
15:06 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Mən 15 yaşında ana olmuşam". ANS PRESS-in məlumatına görə, bu açıqlamanı xalq artisti Nazpəri Dostəliyeva “Deməsək Olmaz” verilişində verib.

Xoşqədəm Hidayətqızının verilişinin bu günki mövzusu erkən yaşda qurulan ailələr olub.

N.Dostəliyeva etiraf edib ki, ailə həyatı çox ağır olub. "Mən evdə oturmuşdum. Bir də gördüm əllərində xonçalı adamlar gəlib. Bu zaman mən nə baş verdiyini anlamaq üçün otaqdan çıxdım. Bu zaman xəbərim oldu ki, nişanımdır və ərə gedirəm. 8-ci sinifdə ailə qurmuşam. 10-cu sinifdə də ana olmuşam".

Sənətçi qeyd edib ki, əvvəl ailəsi müğənnilik fəaliyyəti ilə məşğul olmağı ona qadağan edib. Lakin sonradan 6 yaş böyük olan həyat yoldaşı onu ancaq öz yanında toylara aparıb.

İfaçı bildirib ki, toylara gedərək qazandığı pul həyat yoldaşının qazancından yüksək olub. Buna görə də qohumların paxıllığına məruz qalıb.


"Deməsək Olmaz" verilişin baneri

Nazpəri Dostəliyevanın üç nəvəsi var. Bir müddət öncə o, ilk dəfə nəvəsi Kərimin şəkilini ANS PRESS-lə paylaşıb. Körpə sənətçinin kiçik övladı Əkbərin oğludur. Məşhur ifaçı üçüncü dəfə nənə olub. Nazpəri Dostəliyeva ailəsinə, övladlarına və yeni doğulmuş nəvəsi Kərimə daha çox vaxt ayırdığını və nəvazişini çəkdiyini deyib.


Nazpəri Dostəliyeva yenicə doğulmuş nəvəsi Kərim ilə

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR