"Atam məni məcbur ərə verib" - Nazpəridən etiraflar

"Atam məni məcbur ərə verib" -  Nazpəridən etiraflar
16:26 15 Dekabr 2015
126 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nazpəri Dostəliyeva “Deməsək olmaz” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni keçmiş günlərini xatırlayaraq, erkən yaşda qurduğu ailəsindən bəhs edib:

“Ərə gedəndə səkkizinci sinfi belə bitirməmişdim. Öz istəyimlə ərə getməmişəm. Uşaqlıqdan oxumağı sevmişəm, ancaq musiqi düşünürdüm. Bacım Zeynəb oxuyurdu. Bir dəfə məni toya apardı, bir mahnı oxudum. Sonra mənə toy təklifi gəldi, qəbul etdim. Ondan sonra toylarımın sayı çoxaldı. Qardaşım əsgərlikdən gəldi və mənə “Meymun olacaqsan? Oxusan başını kəsərəm” sözünü dedi. Atam da onun sözü ilə razılaşdı. Həmin ərəfədə elçilərim gəlirdi. Atam da məcbur olub, məni ərə verdi. Yoldaşım toya getməyə icazə verirdi, amma qardaşım ona da qarışırdı. Başqa rayona ərə getmişdim, mənə çətin idi. Bir gün məktəbdən gələndə gördüm ki, kimsə əlində xonçalar bizə gəlir. Mənə nişan gətiriblərmiş, xəbərim yox idi".

N.Dostəliyeva 15 yaşında ana olduğunu deyib:

“Allah məni o qədər güclü yaradıb ki... Başıma gələnləri başqası yaşasaydı, indi xəstəxanada yatırdı. Onuncu sinfi bitirəndə hamilə olduğumu bildim. Həyat yoldaşıma yalvarırdım ki, universitetə daxil olum. O da mənə sənəti, oxumağı qəti qadağan etdi. Oğullarımın dünyaya gəlməsi belə məni sevindirmirdi. Yoldaşım bunu görüb, məcburən qadın toylarına getməyimə razılıq verdi”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR