​Platini FİFA-nın Etika Komitəsinin iclasını boykot edib

​Platini FİFA-nın Etika Komitəsinin iclasını boykot edib
16:37 16 Dekabr 2015
16 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ UEFA prezidenti Mişel Platini FİFA Etika Komitəsinin keçirəcəyi görüşü boykot etdiyini bildirib. "Report"un məlumatına görə, görüş dekabrın 18-də baş tutacaq.
Platini boykota səbəb kimi FİFA-nın Etika Komitəsinin fransalı funksioneri 90 gün müddətinə UEFA prezidenti vəzifəsindən uzaqlaşdırmasını göstərib. Bu qərarı İdman Arbitraj Məhkəməsi də təsdiqləyib.
Qeyd edək ki, rüşvət qalmaqalı ilə əlaqədar oktyabrın əvvəlində həm FİFA prezidenti Yozef Blatter, həm də Mişel Platininin fəaliyyətləri 90 gün müddətinə dondurulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR