Milli komandanın baş məşqçisi qovuldu

Milli komandanın baş məşqçisi qovuldu
11:47 18 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Daha bir milli komandanın baş məşqçisi istefaya göndərilib. Fanat.az хəbər verir ki, Çernoqoriya Futbol Federasiyası A millinin baş məşqçisi Branko Brnoviçlə yollarını ayırıb.


"Federasiyanın İdarə Heyəti bu gün A millinin baş məşqçisi Branko Brnoviçlə yollarını ayırmaqla bağlı qərar qəbul edib. Çernoqoriya Futbol Federasiyası olaraq Brnoviçə təşşəkkür edir və uğurlar arzulayırıq" deyə federasiyanın açıqlamasında bildirilir.


Qeyd edək ki, 2011-ci ildə Zlatko Krançarın yerinə təyin olunan Branko Brnoviç milli komandaya rəhbərlik etdiyi 33 oyunda 10 qələbə qazanıb, 14 dəfə məğlub olub və 9 oyunda heç-heçəyə razılaşıb. Çernoqoriya millisi onun rəhbərliyi altında "AVRO-2016"nın seçmə mərhələsində 11 хal toplayaraq 4-cü pilləni tutub. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-milli-komandann-ba-mqcisi-qovuldu-t46233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR