Blatter və Platiniyə şok cəza

FIFA prezidenti Yozef BlatterUEFA rəhbəri Mişel Platini 8 il müddətinə istənilən futbol fəaliyyətindən uzaqlaşdırılıblar.

FIFA-nın Etik Məsələlər üzrə Komitəsi təşkilatın loyallıq və etik kodeksinə zidd hərəkət etdiyi üçün Blatter barəsində belə bir qərar verib. Platini isə maraqların toqquşması və loyallıq prinsiplərinə zidd davrandığına görə cəzalanıb.

Əlavə edək ki, PlatiniBlatterə cərimə də tətbiq olunub. İsveçrəli funksioner 37,1 min avro, fransız isə 74,2 min avro ödəməli olacaq.

Platini və Blatter daha öncə rüşvət qalmaqalı ilə əlaqədar olaraq, 90 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmışdılar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR