"Mənə insan kimi davranmadılar"

"Mənə insan kimi davranmadılar"
17:52 21 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

"40 ildir futbola xidmət etmiş biri olaraq günahkar vəziyyətə düşməyim məni məyus edir. Özüm üçün, FİFA-da işləyənlər üçün çox təssüflənirəm. Mətbuat cəzamı məndən öncə öyrəndi. Bütün bunları mənə necə etdilər, anlamıram".

Qol.az-ın məlumatına görə, bu sözləri 8 il müddətinə vəzifəsindən kənarlaşdırılan FİFA-nın sabiq prezidenti Yozef Blatter deyib.

Blatter ona insan kimi davranılmadığını bildirib: "Təqdim etdiyimiz dəlillərlə FİFA Etika Komitəsini razı salacağımızı düşündüm. Ancaq mənə qarşı insan kimi davranmadılar. Platini ilə aramızda yazılı anlaşma var idi. Bizə yalançı deyirlər. Nə söylədiyimizə əhəmiyyət belə vermirlər. Bu səbəbdən vəkilimlə mübarizəmi davam etdirəcəm".

Qeyd edək ki, FİFA Etik Komitəsi Yozef Blatter və UEFA prezidenti Mişel Platinini 8 il müddətinə tutduqları vəzifədən kənarlaşdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR