Yozef Blatter: "Məni əvvəlki kimi boks kisəsi yerində görürlər"

Yozef Blatter: "Məni əvvəlki kimi boks kisəsi yerində görürlər"
22:12 21 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

FİFA prezidenti Yozef Blatter Etika komitəsi tərəfindən 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmasını tənqid edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, isveçrəli futbol funksioneri hüquqlarını qorumaq üçün sonadək döyüşəcəyini bildirib.

"Bu gün mənim və FİFA üçün xoş gün olduğunu söyləmək çox yanlışdır. Sonuncu dəfə burda (red. CAR) izdiham toplaşanda 2010 mundialının ev sahibliyinə namizədləri təqdim edirdik. Cənab Nelson Mandela humanistlik haqqında danışırdı. Futbolda humanistlik bir-birinə hörmət etməkdir. Bunu böyük humanist Mandelanın düşündüyü 2010 mundialının sloqanı da deyirdi. Təəssüf edirəm ki, məni əvvəlki kimi boks kisəsi qismində görürlər. FİFA prezidentini boks kisəsi kimi görürlər. Futbola 40 il xidmət etmişəm. Bu gün isveçrəli vəkilimlə qərara aldıq ki, Mişel Platiniyə verilən ödəniş barədə Etika komitəsinə lazımi məlumatları ötürmüşük. 1998-ci il DÇ-dan sonra Platini ilə şifahi müqaviləmiz vardı. Cənab Platini FİFA-da işləmək istədiyini dedi. Bunu gözəl qarşıladım. Orda anlaşma haqqında danışmışıq, bu, videolentə yazılıb. Müzakirə müəyyən yerdə aparılırdı, istəyən xatırlar. Bununla da, sübutumuz var ki, razılaşmadan başqa şəxslərin də xəbəri olub. Anlaşma FİFA-nın maliyyə və icra komitələrindən, təşkilatın konqressindən keçdi. Daha sonra əlverişli şərtlərlə qeydiyyata alındı. Mən futboldan 8 illik uzaqlaşdırıldım. Amma həm özümə, həm də quruma görə mübarizəmə davam edəcəm. Nəyə görə diskvalifikasiya edilmişəm?" - Blatter deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR