Nazpəri Dostəliyeva: “100 kilo olmuşam, indi isə...” - ULDUZALRIN İDMAN SAATI

Nazpəri Dostəliyeva: “100 kilo olmuşam, indi isə...” - ULDUZALRIN İDMAN SAATI
13:49 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Onlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışırlar. Bunun üçün isə plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb idmana da vaxt ayıranlardan. Lent.az-ın yeni “Ulduzların idman saatı” layihəsində onlarla idman zallarında görüşdürəcəyik sizləri.

 

Budəfəki “idmançımız” isə xalq artisti Nazpəri Dostəliyeva oldu.

- İdmanı çox sevirəm, bütün xanımlara da məsləhətim budur ki, idmanla məşğul olsunlar. Bəzi evdar xanımlar düşünür ki, efirə çıxmırıq, idman nəyimizə lazımdır ki? Amma yanlış fikirdir. İdman sağlamlıq üçün lazımdır.

 

Qaçış cığırında məşq etməyə başlayır.

 

- Neçə vaxtdır məşq edirsiniz?

- Artıq 5 ildir.

 

- İdmana başlayandan nədən imtina etmisiniz?

 

- Deməzdim ki, pəhrizdəyəm. Əksinə, pəhriz saxlayıb, yemək yemirdim. Daha dəqiq desək, ana olandan sonra kökəlməyə başlamışdım. Amma gördüm ki, ac qalmaqla çox arıqlamaq olmur. İdmana başlayandan sonra isə arıqladım. Hazırda əzələlərim işləyir, ürəyim nə istəyir yeyirəm. Yəni pəhriz saxlamıram. Amma pəhriz saxlamasam da yediklərimə diqqət edirəm. Getdiyim toylarda yemək yemirəm.  Evdən termosda çay gətizdirirəm, içirəm.

 

 Qaçış cığırından sonra əzələ yığır.

 

- Sevmədiyiniz yemək varmı?

 

- Ailədən belə tərbiyə almışam ki, duz çörək də yeyə bilərəm, kabab da, plov da. Bütün yeməkləri yeyirəm, amma qədərində. Bu qabiliyyət, tərbiyə bizə atamızdan qalıb. Hər zaman deyərdi ki, kim olursansa ol, kasıb adamın toyunu qoyub, imkanlı adamın toyunu oxumayın. Duz çörək yeməyi də bacarın.

 

Güzgünün qarşısında “qantel”lə məşq edir

 

- Ən çox hansı idman növünə maraq göstərirsiniz?

 

- İdmanı növlərə bölməyi sevmirəm. Ayrı-ayrılıqda qiymətləndirmək istəməzdim, idmanı ümumi sevmək lazımdır. Əgər trenajorla məşğul olursansa, mütləqdir ki, müəllimlə məşq edəsən. Amma yüngül atletika və aerobikanı xanımlara məsləhət görərdim.

 

- Neçə saat məşq edirsiz?

- Əksər hallarda 2 saat. Amma bəzən 2 saatdan da çox olur.  

 

- Şou-biznesdə bir çoxları idmanla yox, əməliyyatla arıqlamağı üstün tuturlar.

 

- Sənət adamı üçün gözəl görünmək, formada olmaq vacibdir. Əvvəllər əməliyyatdan sonra etiraf etmirdilər, amma indi deyirlər. Çünki hər şey göz qabağındadır. Məsələn, bu gün köksən, sabah arıqlayırsansa, xalqı necə aldada bilərsən? Əgər yalan danışırsa, özünü xalqın gözündən sala bilərsən. Əməliyyat pis deyil, etdirmirsənsə, bunu etiraf etmək lazımdır. Sənətdə olan bəzi qızlar dodaqlarını şişirdirlər, ürəyim  ağrıyır. Hətta bir neçəsinə də yaxınlaşıb deyirəm ki, sən ən gözəl çağlarını, gəncliyini yaşayırsan, nəyə lazımdır ki, özünü xoşagəlməz vəziyyətə salırsan? Amma bu tənqidi fikrimi bəziləri qəbul edir, bəziləri yox. Tənqidimi qəbul etməyənlərdə var. Deyirlər ki, biz anadangəlmə beləyik. Amma anlaya bilmirlər ki, vücudlarında dəyişiklik olan zaman nəinki xanımlar, hətta bəylərdə anlayır. Tamaşaçını aldatmaq olmaz. 

 

- Həftədə neçə dəfə bu zala gəlirsiniz?

- Elə həftə olur ki, 3 dəfə,  bəzən də 2.

 

- Dəvət aldığınız toya görə idmandan imtina etdiyiniz günlər olub?

- Yox. Elə olub ki, idmana görə toydan imtina etmişəm. Mənim üçün ilk növbədə sağlamlıqdır. Həm də çalışıram işlərimi elə qurum ki, toyla idman üst-üstə düşməsin. Həm də mən elə də çox toya getmirəm.

 

 - İdmandan sonra nə yeyirsiz?

 

- Yüngül yeməklər yeyirəm. Yəni elə də yağlı yox.

 

- Hazırda neçə kilosunuz?

- Formamı saxlayan insanam. Ən kök vaxtım 1992-ci ildə olub. Həmin vaxt 100 kilo olmuşam. Daha sonra arıqladım. Artıq 10 ildir ki, 70 kiloyam. Stabil çəkimi qoruyub, saxlayıram. Boyum isə 170-dir. Düşünürəm ki, çəkimə görə də boyum normaldır.

 

Nazpəri xanım məşqini yekunlaşdırmaq üzrədir. Onunla sağollaşıb, müəllimi Orxan Məmmədovla söhbət edirik.

 

- Nazpəri xanım məşq edə bilirmi?

- Bəli, çox əzmkar qadındır. Məşqlərə vaxtı-vaxtında gəlir. Düşünürəm ki, hər bir insan ideal bədənə sahib olmaq istəyirsə, mütləq iradə göstərməlidir. Mütəmadi məşqdən savayı, qidalanmaya da diqqət olunmalıdır. Nazpəri xanım da illədir ki, bütün qaydalara riayət eləyir.  

 

Fotolar Pərviz Salıyevə məxsusdur. 
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kartof börəyinin hazırlanması

21 Sentyabr 2017 18:30

Aleksandr Novak: "Hazırkı neft qiymətləri hamıya uyğundur"

21 Sentyabr 2017 18:27

"Qəbələ" - "Neftçi" oyununu kim idarə edəcək?

21 Sentyabr 2017 18:27

Hicran Hüseynova: “Məqsədimiz Azərbaycanda mövcud olan ailə mühitli cəmiyyəti qorumaqdır”

21 Sentyabr 2017 18:27

İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub - FOTOLAR

21 Sentyabr 2017 18:24

Kasıb necə VARLANA BİLƏR? - Hər kəsi zəngin edəcək YƏHUDİ ÜSULLARI

21 Sentyabr 2017 18:23

İlham Əliyev Mali Prezidentini təbrik edib

21 Sentyabr 2017 18:23

Azərbaycan Premyer Liqasında VI turun hakim təyinatları açıqlanıb

21 Sentyabr 2017 18:22

Bakıda “Mübarizlər” yarışı keçiriləcək

21 Sentyabr 2017 18:19

Zakir Həsənov komandirlərə yeni tapşırıqlar

21 Sentyabr 2017 18:15

Şadlıq sarayında namaz qılmaq düzgündürmü? - VİDEO

21 Sentyabr 2017 18:13

Səngəçal terminalının genişləndirilməsi işləri 99,8% icra olunub

21 Sentyabr 2017 18:12

Nazirlər Kabinetində 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə baxılıb

21 Sentyabr 2017 18:12

Telefonlara ekran qoruyucusunu bu üsulla taxın

21 Sentyabr 2017 18:11

Mətanətin bu geyimi söz-söhbət yaratdı

21 Sentyabr 2017 18:09

Xarici işlər naziri Trampı təhqir etdi

21 Sentyabr 2017 18:08

Azərbaycan Prezidenti Mali dövlət başçısını təbrik edib

21 Sentyabr 2017 18:07

Qazaxıstan - Azərbaycan gənclər günlərinə star verildi - FOTOLAR

21 Sentyabr 2017 18:07

Türkiyə ordusu sərhədi keçdi

21 Sentyabr 2017 18:03

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü

21 Sentyabr 2017 17:59

Suriyadan atılan mərmi Türkiyə ərazisinə düşüb

21 Sentyabr 2017 17:59

Bakıda II “Bankçılıq Forumu” keçiriləcək

21 Sentyabr 2017 17:57

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

21 Sentyabr 2017 17:57

Mister Bin: "Toni Bleyrin baş nazir olacağı ağlıma gəlməzdi" - MÜSAHİBƏ - FOTOLAR

21 Sentyabr 2017 17:53

"SOCAR Polymer" layihəsi üzrə işlər qrafikə uyğun irəliləyir

21 Sentyabr 2017 17:52

Mansuryanın yerinə Fatih Terim

21 Sentyabr 2017 17:48

Tom Kruz filmin çəkilişləri zamanı həlak olmuş təyyarəçilərin ölümündə qismən günahkar hesab edilir

21 Sentyabr 2017 17:47

SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda olub

21 Sentyabr 2017 17:47

"Mançester Yunayted" klubu ötən mövsüm rekord məbləğdə gəlir götürüb

21 Sentyabr 2017 17:47

Toy iştirakçılarının başına oyun açan şəxs ələ keçdi - GÖRÜNTÜLƏR

21 Sentyabr 2017 17:44

Deputat Çingiz Qənizadə keçmiş həmkarını məhkəməyə vermək üçün vəkil tutub

21 Sentyabr 2017 17:42

Sumqayıtda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücülərinə qarşı reyd keçirilib

21 Sentyabr 2017 17:42

Nazirlər Kabinetinin yeni strukturu

21 Sentyabr 2017 17:42

Qanunsuz sərnişin daşıyan Sumqayıt avtobuslarına qarşı REYD

21 Sentyabr 2017 17:39

Rusiya hərbiçilərini Suriyada kim satır? - ŞOK DETALLAR

21 Sentyabr 2017 17:38

Sumqayıtda restoranlardan toy zamanı mobil telefonları oğurlayan şəxs saxlanılıb

21 Sentyabr 2017 17:37

FIFA "Qarabağ"ın rəqibini istintaqa çəkəcək

21 Sentyabr 2017 17:37

"Kərkükün 90 faizinə PKK və Peşmərgə nəzarət edir"

21 Sentyabr 2017 17:35

Melaniya Trampın geyimi ETİRAZLA QARŞILANDI

21 Sentyabr 2017 17:33

"Erməni deputatlar sabah Bakıda olacaq" - RƏSMİ

21 Sentyabr 2017 17:29

Afaq Aslana elə bir cavab verildi ki...

21 Sentyabr 2017 17:29

Çingiz Qənizadə: “Hacı Qalibə məsuliyyətini dərk etməyi öyrədəcəm” - MÜSAHİBƏ

21 Sentyabr 2017 17:24

Manatın sabaha olan MƏZƏNNƏSİ

21 Sentyabr 2017 17:23

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

21 Sentyabr 2017 17:22

İŞİD-dən azad olunan ərazilərdəki yüzlərlə azərbaycanlı barədə QORXUNC MÜƏMMA - FOTO

21 Sentyabr 2017 17:18

Manatın sabaha olan məzənnəsi

21 Sentyabr 2017 17:18

Rostov-Don şəhərindəki oteldə baş vermiş yanğın zamanı 1 nəfər həlak olub

21 Sentyabr 2017 17:17

“Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinə hökm oxunub

21 Sentyabr 2017 17:17

ABŞ-la Türkiyə arasında gərginlik artdı

21 Sentyabr 2017 17:13

"Dəmirbank" tender keçirir

21 Sentyabr 2017 17:12