Bakı. 23 dekabr. REPORT.AZ/ Futbol fəaliyyətindən 8 il müddətinə kənarlaşdırılan FİFA-nın sabiq prezidenti Yozef Blatter Fransa Kuboku matçı zamanı radioda çalışacaq. "Report"un "Le Monde" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Y.Blatterin özü açıqlama verib.
O deyib ki, ilk növbədə sağlıq durumunu qaydasına salmağı və vaxtını ailəsi ilə birgə keçirməyi istəyir. Bundan başqa ali futbol qurumunun sabiq rəhbəri bir günlük radio jurnalisti kimi çalışacağını söyləyib: "Fransa Beynəlxalq Radiosu məni ölkə kuboku matçı zamanı işləməyə dəvət edib".
Qeyd edək ki, Yozef Blatter UEFA prezidenti Mişel Platiniyə qeyri-qanuni yolla 2 milyon İsveçrə frankı köçürdüyü üçün dekabrın 21-də 8 il müddətinə futboldan kənarlaşdırılıb.