"Mən futbolldakı işimi bitirdim"

"Mən futbolldakı işimi bitirdim"
23:22 23 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

FİFA prezidenti Zepp Blatter "The Wall Street" jurnalına açıqlama verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 8 il müddətinə futboldan kənarlaşdırılan qurum rəhbəri FİFA-ya etibarını itirdiyini qeyd edib.

"Mən futbolldakı işimi bitirdim. FİFA-ya inamım mayın 27-də, Amerika təhlükəsizlik orqanlarının müdaxiləsindən sonra itirdim. Qurumu mafioz təşkilat adlandırmağa başladılar. Mən və Platininin futboldan kənarlaşdırılması absurddur. Kommersiya şirkətləri, kompaniyalar FİFA ilə əməkdaşlıq üçün növbəyə durub. Amerikan şirkətləri getmək istəsə, başqaları gələcək. Mən istefa verməsəydim, guya əməkdaşlığı dayandıracaqdılar. Lakin bunu istəmirlər".
79 yaşlı futbol funksioneri 2011-ci ildə UEFA prezidenti Mişel Platiniyə 2 milyon İsveçrə frankı verdiyinə görə cəza tətiq olunmasına da münasibət bildirib.
"Platini 80 min, mənsə 50 min frank cərimələndik. O, mədən daha "bahalı" oldu. Amma boş şeydir. İsveçrə qanunvericiliyinə görə 8 il müddətinə məhrumetmə cəzası almaq üçün adam öldürmək və ya bank qarət etmək lazımdır. Biz siyasətin futbola qarışmasını istəmirik. Fikrimcə, artıq insanlar bunu başa düşə bilir. Platini ilə münasibətlərim son FİFA prezident seçkilərinə qədər yaxşı idi. O vaxta qədər ki, Platini hər kəsi mənə səs verməməyə çağırdı. Jerom Valk (red. FİFA baş katibi) və Platini arasında qardaşlıq münasibətləri olub. İki fransız kimi birlikdə olublar. Amma hər ikisi də FİFA prezidenti olmaq istəyirdi. Mən FİFA-da 40 ilimi keçirmişəm. Keçmiş haqqında danışmaq məni bezdirmir. Keçmiş gələcəyimdən daha parlaq idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR