Aygün Səmədzadənin konserti oldu - fotolar

Aygün Səmədzadənin konserti oldu - fotolar
15:11 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dekabrın 24-ü Beynəlxalq Muğam Mərkəzində əməkdar incəsənət xadimi bəstəkar Aygün Səmədzadənin konserti keçirilib.

Axşam.az-ın məlumatına görə, konsert Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Gecədə bəstəkarın mahnıları xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına dövlət simfonik orkestrinin müşayiəti ilə səsləndirilib.

Konsertdə tanınmış müğənnilərdən Eyyub Yaqubov, Aygün Bəylər, Lalə Məmmədova, Ayaz Qasımov, Nurlan Növrəsli, Leyla İdrisova, instrumental ifaçılardan isə Ənvər Sadıqov (akkardeon) və Elnur Əhmədov (kamança) iştirak edib.

Qeyd edək ki, Aygün Səmədzadə bir neçə mahnını müğənnilərlə birgə səsləndirib. Həmçinin yeni mahnısını da özü oxuyub.























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR