FİFA Etika komitəsinin Arbitraj Palatası qurumun baş katibi Jerom Valkın diskvalifikasiya müddətini uzadıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, araşdırma komitəsinin sorğusu əsasında qəbul olunan qərarla Valk daha 45 gün vəzifəsinin icrasından kənarlaşdırılıb. Fransalı funksioneri 9 il müddətinə futboldan uzaqlaşdırılma cəzası da gözləyir. 55 yaşlı Valkın Etik kodeksi pozaraq bir neçə dəfə hədiyyə və digər ödənişlər qəbul etdiyi bildirilir.
Qeyd edək ki, FİFA-nın baş katibi ilə birlikdə Mişel Platini və Yozef Blatter də daha öncə 90 gün müddətinə diskvalifikasiya edilmişdi. Ötən ay Platini və Blatterin cəzası 8 ilədək uzadılmışdı.
Milli.Az